Fransa müsəlmanların ölkəyə gəlişinə qadağa qoydu

fransa-muselmanlarin-olkeye-gelisine-qadaga-qoydu-
Oxunma sayı: 639

Aprel ayının 6-9-da Paris yaxınlığındakı Burje yaşayış qəsəbəsində keçiriləcək Fransa İslam Təşkilatlarının qurultayına dəvət olunan Fələstinin keçmiş böyük müftisi Əkrim Səbrinin, Səudiyyə Ərəbistanının ilahiyyatçısı Əyed ben Abdallah əl Qarninin, misirli imam Səfuət əl Hicazinin və ərəb dünyasının böyük imamı Abdallah Bəsfərin Fransaya səfərinə icazə verilməyib.

Fransa Xarici İşlər Nazirliyi onları ölkə üçün arzuedilməz şəxslər hesab edərək viza verməkdən boyun qaçırıb.

Ölkənin siyasi dairələrində dörd müsəlmanın Fransaya səfərinə qadağa qoyulmasını bu yaxınlarda əlcəzairli gəncin Montoban və Tuluz şəhərlərində yeddi nəfəri qətlə yetirməsi ilə bağlı olduğu bildirilib.

Ərəb dünyasında Fransanın bu hərəkəti antisemitizm kimi dəyərləndirilib.

AzərTAc