Fransa seçkilərində bir ilk

fransa-seckilerinde-bir-ilk
Oxunma sayı: 662

İslamazeri.az-ın TRT-ə istinadən verdiyi xəbərə görə, Fransada Yelisey Sarayının yeni sahibi bazar günü keçiriləcək ikinci turda müəyyənləşəcək.

Seçki öncəsi ölkədə bir ilk yaşanıb. Mərkəz sağçı lider Fransua Bayru seçkidə sosialist namizəd Fransua Hollandeyə səs verəcəyini açıqlayıb. Preizdent seçkilərinin ilk turunda 9 faiz səs alan Bayru Sarkozini irqçilərlə yaxınlaşdığı üçün tənqid edib. Hollandeyə səs verəcəyini bildirən Bayru seçicilərinin isə səsvermədə sərbəst olduğunu deyib.

Sarkozi isə Bayrunu məsələni şəxsiləşdirməməyə, yaxşı düşünməyə çağırıb və Hollandenin gələn fevral ayına qədər ölkəni iflasa sürükləyəcəyini iddia edib.

İrqçi Milli Cəbhənin lideri Marin Lö Pen isə istəklərini qəbul etmədiyi üçün seçkidə Sarkozini dəstəkləməyəcəyini, boş səs verəcəyini açıqlayıb.Son sorğuların nəticələrinə görə, Hollande hələ Sarkozidən 5 faiz irəlidə gedir.