Fransa səfirliyi qatilin tapılmasına çağırır

fransa-sefirliyi-qatilin-tapilmasina-cagirir
Oxunma sayı: 658

Səfirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Fransa Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin sözçüsü noyabrın 19-da qətlə yetirilən yazıçı və jurnalist Rafiq Tağının ölüm xəbərindən mütəəssir olduqlarını bildirib. Bəyanatda qeyd olunub ki, Rafik Tağı öz tədqiqatlarının keyfiyyəti və ciddiliyi ilə hamı tərəfindən tanınan bir şəxs idi və onun ölümü ilə, öz ölkəsində və həm də xaricdə, siyasi və jurnalistika dairələrində dinlənilən və hörmət edilən bir səs bizi tərk etdi : «Fransa bu ağrılı anlarda mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına öz həmrəyliyini bildirir. O bu mənfur cinayəti törədənlərin və onun sifarişçilərinin tezliklə tapılması və ədalət məhkəməsinə verilməsi üçün Azərbaycan rəsmilərini bütün imkanlardan istifadə etməyə çağırır».


Fransa xatırladır ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin təhlükəsizliyi və mətbuat azadlığı demokratiyanın fundamental prinsiplərini təşkil edir.


Səidə