Fransa səfirliyi ziyafətə dəvət edlmədi

fransa-sefirliyi-ziyafete-devet-edlmedi
Oxunma sayı: 677

“Qafqazinfo”nun “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, Türkiyə prezidentinin xanımı Hayürnnisə Gül Ankarada fəaliyyət göstərən qadın səfirlər, səfir xanımları və beynəlxalq təşkilaların qadın təmçilçiləri ilə bu gün günorta bir araya gələcək.

Çankaya Köşkündəki ziyafətə Fransanın Ankaradakı səfiri Laurent Bilinin həyat yoldaşı Sabine Bili dəvət edilməyb.

Mövzuyla bağlı açıqlama verən Fransa səfiri, “Dəvət gəlməyb. Onsuz da xanımın Fransada yaşayaır”, -deyə cavab verib.

Abdulla Gülün xanımının bu gün təxminən 90 qadınla bir araya gələcəyi xəbər verilir.