Fransa senatının qərarı hansı beynəlxalq sənədlərlə ziddiyət təşkil edir? – Maddəli izah

fransa-senatinin-qerari-hansi-beynelxalq-senedlerle-ziddiyet-teskil-edir-maddeli-izah
Oxunma sayı: 690





“Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu təməl insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə də ziddir”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirlər Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynlinin Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı verdiyi bəyanatda öz əksini tapıb. Millət vəkilinin bəyanatında qeyd olunur ki, bu qanun layihəsi İnsan hüquqları haqqında ümumi bəyannamə (19-cu maddə), Avropa İnsan Hüquqları Konvensiyası (10-cu maddə), Fransa Konstitusiyası və qanunları ilə də ziddiyət təşkil edir. Senatın bu qərarı İnsan hüquqlari haqqinda ümumi bəyannamə və Avropa İnsan Hüquqları Konvensiyasının legitimliyini şübhə altında qoymuş olur. Bu qanun layihəsinin qəbulu Fransanın 1789-cu ildə qəbul etdiyi “İnsan və vətəndaş hüquqları” bəyannaməsinin 11-ci maddəsi ilə də ziddir: “Nəzərə alınmalıdır ki, Yəhudilərin soyqırıma məruz qalması barədə, Nürünberq Beynəlxalq Tribunlanın qərarından fərqli olraq, iddia edilən erməni soyqırımı ilə bağlı heç bir beynəlxalq yurisprüdensiya yoxdur. Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbul edilməsi Fransa vətəndaşlarının beynəlxalq konvensiyalar və müqavilələrlə təminat verilən ifadə və söz azadlığını məhdudlaşdırır. Eyni zamnda bu addım Fransa Konstitusiyasında təsbit edilən azad şəkildə elm araşdırmalar, tədqiqat aparması hüquqnu da ciddi şəkildə pozulmasına səbəb olacaq”.

Sənəddə qeyd olunur ki, Fransa senatının bu qərarı hüquqi baxımdan təhlükəli presdent yaratmaqla ümumiyyətlə çağdaş dünyada fundamnetal insan hüquq və azadlıqlarının müdafiəsi sistemini zərbə altında qoyur. Bəşər övladı yüzillər boyu demokratik ideallar və insan hüquq və azadlıqlarının toxnulmazlığının unversal dəyərlər elan olunması, onların qorunması üçün müvafiq təminatlar sisteminin yaradılması, bu sahədə beynəlxalq sənədlərin qəbulu üçün yorulmadan mübarizə aparıb. Fransa da daxil olmaqla demokratik ideallar və qanunun aliliyi uğrunda mübarizə aparanların səyləri nəticəsində nəhayət ki, 20-ci əsrdə buna nail olunub. Fransa Senatı tərəfindən uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbul edilməsi insan hüquqlarının qorunması uğrunda əldə olunmuş naliyyətlərə kölgə salaraq, bu unversal dəyərləri inkar edənləri daha da cəsarətləndirir. Onlar üçün hüquqi baxımdan presedent yaradır: “Eyni zamanda Senatın bu qərarı hər hansı ölkəninin parlamentinin tarixi hadisələri şərh etmək və buna hüquqi don geydirmək kimi ziyanlı ənənənin əsasını qoyur. Konfedarsiya bir daha Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulunu qəti şəkildə pisləyir. Siyasi maraqlar əsas götürülməklə təməl insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması, çağdaş dünyada fundamnetal insan hüquq və azadlıqlarının müdafiəsi sistemini sarsıdan addım kimi qiymətləndirir” .