Fransada ermənilərə qarşı əməliyyat

fransada-ermenilere-qarsi-emeliyyat
Oxunma sayı: 693

france3 saytının xəbərinə görə, həbs edilənlər Ermənistan və Gürcüstan vətəndaşlarıdır. Axtarış zamanı onların qaldığı evlərdən qızıl zinət əşyaları, elektrotexnika və bahalı geyimlər aşkar edilib. Polis bildirir ki, cinayətkar dəstə Limoj və ətraf şəhərlərdə 2 yüzdən çox mənzildən oğurluq edib. Əhaliyə vurulan ziyan isə yüz minlərlə ölçülür. Dəstə üzvləri günorta saatlarında əhalinin işdə olduğu vaxt evlərə girərək bütün qiymətli əşyaları aparırmış. Sonradan bu mallar satılmaq üçün Ermənistan və Gürcüstana göndərilirdi. 3 gün davam edən əməliyyatlara İnterpol və Avropol da yaxından dəstək verib. Fransa polisi oğurluq malları Gürcüstan və Ermənistanda qəbul edən şəxsləri də müəyyən etməyə çalışır.