Fransada “sükut günü” elan olundu

fransada-sukut-gunu-elan-olundu
Oxunma sayı: 666

Fransada sabah keçiriləcək prezident seçkisi ilə əlaqədar bu gün sükut günüdür. Seçkiqabağı təşviqat artıq qadağan olunub.
Fransada növbəti 5 il müddətinə dövlət başçısı postuna hazırki prezident Nikolya Sarkozi də daxil olmaqla 10 nəfər namizədlik edir. Səsvermədə 18 yaşdan yuxarı 45 milyonadək seçici iştirak etmək hüququna malikdir. Seçkidə ikinci tur tələb olunacağı halda, o, mayın 6-da keçiriləcək.

Namizədlərdən biri birinci mərhələdə səslərin 50 faizdən çoxunu qazanacağı halda, o, qalib elan ediləcək. Ancaq araşdırma və aparılan sorğulara əsasən bunun baş verməyəcəyi ehtimal edilir. Son ictimai sorğuya əsasən seçkinin ikinci turuna "Xalq hərəkatı naminə birlik" partiyasının lideri Nikolya Sarkozi və "Sosialist partiyası"ndan namizəd Fransua Olland çıxacaq. Hər iki əsas namizədin ilkin mərhələdə 26-29 faiz səs qazanacağı gözlənilir.

Saat fərqi ilə əlaqədar bəzi xarici ərazilərdə, həmçinin Amerika qitəsindəki səfirlik və konsulluqlarda səsvermə bu gün başlayıb.

anspress