Fransadan sonra növbədə Belçikadır?

fransadan-sonra-novbede-belcikadir-
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib.

“Bu istiqamətdə ilk belə təşəbbüs 2005-ci ildə qaldırılmışdı, onda Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin keçmiş sədri Elsevər Məmmədov, Azərbaycanlı Siyasi Mühacirlərin Ümumdünya İttifaqının sədri Eldəniz Yusubov və digər dostlarımızın rəhbərlik etdiyi təşkilatlar, türk diaspor qurumları ilə birgə xeyli müqavimət göstərildikdən sonra məsələ təxirə salındı. Xüsusilə, bu işdə 2004-cü ilin dekabr ayında yaranan və özündə 10 təşkilatı birləşdirən Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının müstəsna rolu olub. Bütün vasitələrdən istifadə edib, məsələnin parlamentin gündəminə gəlməməsi üçün diaspor fəalları var gücləri ilə çalışırdılar”,-deyə diaspor fəalı qeyd edib.

“Bu təşkilatın səyləri nəticəsində 2008-ci ilin aprelin 10-da Avropa Komissiyası (yəni, Avropa Birliyi Nazirlər Kabineti) tərəfindən Xocalı faciəsi ilə ilk dəfə olaraq Avropa Birliyinin yüksək instansiyası tərəfindən “Xocalıda insanlığa təcavüz faktı, müharibə cinayəti olduğu” ifadə edilmişdi və indi ayıq olmaq lazımdır, Xocalı soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılması işinin, BATES tərəfindən görülən işləri mütləq davam etdirmək lazımdır. Bir məsələni parlamentin gündəminə gətirmək üçün, ən azından ölkədə ictimai rəyi formalaşdırmaq lazımdır”,-deyə Ayhan Dəmirçi vurğulayıb.

Ayhan Dəmirçi deyib ki, Belçika siyasətində belə bir ifadə var, “Fransada yağış yağanda damçıları Belçikaya düşür”: “Təbii burada söhbət siyasi proseslərdən gedir. Bir necə il bundan öncə Belçikada parlamenti də Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunu qəbul etmək istəyirdi... Bu gün bəzi ekspertlər, analitiklər Fransa parlamentinin qərarının Avropada zəncirvari xarakter daşıyacağından ehtiyat edirlər. Artıq, Fransa prezidenti Nikola Sarkozi bu məsələnin Avropa Birliyi səviyyəsində qaldımağa cəhdlər edir. İlkin məlumatlara görə, Belçika parlamentində də belə təşəbbüslər qaldıra bilər, bununçün diaspor təşkilatlarımız ayıq-sayıq olmalıdırlar”.


Elnur Eltürk