Fransalı senatordan şok açıqlama

fransali-senatordan-sok-aciqlama-
Oxunma sayı: 663

Trend-in Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Fransanın hakim partiyasının (UMP) senatoru, Marsel şəhərinin meri Jan-Klod Qoden deyib.

Qoden istisna etməyib ki, Şura “erməni soyqırımı”nı tanıyan qanunu ləğv edə bilər.

Qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi ilə razılaşmayan fransalı senatorlar yanvarın 31-də qanunu ləğv etmək tələbi ilə Konstitusuya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib. Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.