Fransanın birinci xanımı erməni nazirlə eşq yaşayıb

fransanin-birinci-xanimi-ermeni-nazirle-esq-yasayib
Oxunma sayı: 649



Fransanın birinci ledisi Valeri Trierveylerin adı erməni nazirlə qalmaqalda hallanır. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 47 yaşlı Trierveylerin evli mühafizəkar nazir Patrik Devedjyanla əlaqələrinin mətbuata çıxmasından sonra o, ölkədə xeyli məşhurluq qazanıb. Belə ki, bu qalmaqala qədər Trierveyler Fransanın yeni tarixində populyar olmayan birinci ledilər cərgəsində olub.

Devedjyannın ölkə başçısı Fransua Ollandın əsas rəqiblərindən olan eks-prezident Nikolya Sarkozi ilə yaxın dost olduğu deyilir.

“The Sun” qəzetinin yazdıqlarına görə, Trierveyler hələ evli olduğu vaxtlarda Seqolen Royalla evli olan, hazırki prezident Ollandın sevgilisi olub.

Onun adı Ollandla hallandıqda isə o nəinki evli idi, eyni zamanda Devedjyanla da gizli seksual əlaqələri olub.

Qəzetin yazdığına görə, birinci ledi dəfələrlə erməni naziri həyat yoldaşından boşanaraq onunla evlənməyə razı salmağa çalışsa da bu istəyinə nail ola bilməyib. Bundan sonra Trerveyler bütün səylərini yenidən Ollandı qazanmağa sərf edir.

Qəzetin ən maraqlı iddiası isə ondan ibarətdir ki, eyni qadınla əlaqələrinin olmasından həm prezident Ollandın, həm də nazirin xəbəri olub.