“Fransanın həmsədrliyi sual altına düşüb” – Video

fransanin-hemsedrliyi-sual-altina-dusub-video-
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumaına görə, proqramın qonağı olan politoloq Rəşad Şirin Fransa parlamenti aşağı palatasının qəbul etdiyi qanun layihəsinin yalnız Fransa prezidentinin seçkidə erməni lobbisinin səsini qazanmaq istəyi ilə bağlı olmadığını deyib: “Əslində ötən əsrin əvvəllərində baş verənlərin Atatarkün qurduğu indiki Türkiyə Cumhuriyyətinə dəxli yoxdur. Buna baxmayaraq, Türkiyə Cumhuriyyəti “erməni soyqırımı olub” yanaşmasını qəbul etmir. Türkiyə o illər Birinci Dünya Müharibəsinin nəticəsi kimi hər xalqın, o cümlədən ermənilərin də itkilərə məruz qaldığını inkar etmir, sadəcə “soyqırım” ifadəsinin kökündən yanlış olduğunu ortaya qoyur. Bir çox Avropa və Latın Amerikası ölkəsi parlamenti “erməni soyqırımı”nı tanıyan qərarı qəbul edib. Ancaq indiki sənəd daha təhlükəli sayılır”.

Proqramın digər qonağı olan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Cəsur Sümərinli Fransa parlamentinin qərarının bu ölkənin ATƏT-in Minsk Qrupundakı həmsədrliyinə kölgə saldığını vurğulayıb: “Fransanın həmsədrliyi sual altına düşüb. Fransa parlamentinin məlum qərarı Türkiyəni necə hiddətləndiribsə, bu səsvermə eyni ilə Azərbaycanın siyasi dairələri ilə ictimaiyyətini də narahat edir. Bakıdan müəyyən açıqlamalar səsləndirilib, ancaq deyilənlərin tutarlı olmasına ehtiyac var. Türkiyə nümunəsindən fərqli olaraq rəsmi Bakının konkret atacağı addımların planı tutulmayıb. Türkiyə Fransa ilə münasibətləri dondurma həddinə çatdırdığı halda, Bakı bu məsələdə ləng tərpənir. ATƏT-in Minsk Qrupunda artıq balans pozulub. Rusiya Ermənistanın hərbi strateji müttəfiqi kimi, Fransa isə erməni lobbisinin dəstəkçisi rolunda çıxış edir. Belə bir format Azərbaycanı qane edə bilməz və dəyişdirilməlidir”.

Proqramın ikinci hissəsində Aazərbaycan-NATO əməkdaşlığı müzakirə olunub. Ekspertlər bu əməkdaşlığın getdikcə zəiflədiyini, Azərbaycan hakimiyyətinin qurumla yeni Fərqi Əməkdaşlıq Planını imzalamaqda maraqlı olmadığını, bundan da Brüsselin bundan narahat olduğunu vurğulayıblar.

Proqramın tamamını bu linkdən izləyə bilərsiniz:

Video BURADA