Fransaya getmək üçün qabiliyyət imtahanı veriləcək

fransaya-getmek-ucun-qabiliyyet-imtahani-verilecek-
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, teledebatda müsəlmanlara münasbiətdə hər iki namizəd təxminən eyni mövqe nümayiş etdirib.

Canlı yayımlanan və 3 saat davam edən debatda gərgin anlar yaşanıb. Ancaq hər iki namizəd müsəlmanlara qarşı halal ət və niqab ilə bağlı mövzuda ortaq mövqedən çıxış ediblər.

20 milyon seçicinin izlədiyi debat üçün seçki mərkəzlərində böyük monitorlar quraşdırılıb. Fransanın hər il 200 min mühacirə sığınacaq verdiyini söyləyən Nikola Sarkozi bu saya yetəcək qədər iş yerlərinin və mənzillərin olmadığını deyib. İkinci dəfə prezident seçiləcəyi halda Fransada qanuni yollarla gələn mühacir sayının yarıyadək azaltmaq vədini verən Sarkozi, xaricdə yerləşən konsulluqlarda Fransaya gəlmək istəyənlərdən dil və qabiliyyət imtahanı götürüləcəyini xəbər verib.

Sarkozi yerli seçkilərdə əcnəbilərə səsvermə haqqı verilməsi fikrinin də təhlükəli olacağını deyib.

François Hollande isə seçiləcəyi halda əcnəbilərə yerli seçkilərdə səsvermə hüququ ilə bağlı referendum keçirilcəyini qeyd edib.