“Fransaya heç bir zəmanət yoxdur”

fransaya-hec-bir-zemanet-yoxdur
Oxunma sayı: 663

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Fransanın bu qərarı Avropanın demokratik prinsiplərinə, söz, fikir və ifadə azadlıqları ilə bağlı dəyərlərinə ziddir. Biz bu qərarı ədalətsiz hesab edirik və Azərbaycan hökumətinin də məsələ ilə bağlı adekvat addımlar atmasını zəruri sayırıq. Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən çıxarılmasını tələb etməyə çağırırıq. Çünki sözügedən qanunun qəbulundan sonra Fransanın bir dövlət olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutacağına, tərəfsizlik nümayiş etdirəcəyinə heç bir zəmanət yoxdur. Eyni zamanda düşünürük ki, Minsk qrupunda Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz olunmalıdır. Fransa Senatını isə 20-ci əsrin əvvəllərində baş verdiyi iddia olunan hansısa müəmmalı qətliamla bağlı qərar verməkdənsə, 20-ci əsrin sonlarında Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş və bütün rəsmi sənədlərlə sübuta yetirilmiş Xocalı soyqırımını tanımağa çağırırıq”.