“Fransız ətrindən Fransa səfirinə qədər…”- Boykot

fransiz-etrinden-fransa-sefirine-qeder-boykot
Oxunma sayı: 651

Bu etiraz özünü bəyanatlarla, açıqlamalarla, kiçik aksiyalarla deyil, konkret addımlarla göstərməlidir. Fransız ətrindən tutmuş fransaız səfirinə qədər boykot elan olunmalıdır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin üzvü Adil Əliyev bildirib. Millət vəkili vurğulayıb ki, Azərbaycan həmişə Türkiyənin yanında olub və öz qardaşlığını bütün zamanlarda sübut edib. Onun sözlərinə görə, indiki məqamda bu daha çox həssaslıq tələb etdiyi üçün Türkiyə qardaş Azərbaycandan çox ciddi reaksiya gözləyir: “Bəlkə də bu ciddi addımların atılması Türkiyədən daha çox Azərbaycandan gözlənilir. Çünki qardaşa qarşı atılan addımın cavabını mütləq qardaş verir. Bu məntiqdən çıxış edərək Türkiyənin nə edəcəyini gözləmədən bir qardaşlıq borcumuzu yerinə yetirməliyik. Bir daha deyirəm, bunun üçün insanlar bütün dünyada geniş yayılan fransız ətirləri, geyimləri, ərzaq və avtomobillərindən imtina etməlidir. Fransaya səfərlər təxirə salınmalı, səfirimiz isə məsləhətləşmələr üçün geri çağırılmalıdır”.

Millət vəkili, eyni zamanda Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən imtina edilməsi ilə bağlı məsələ gündəmə gətirilməlidir: “Düşünürəm ki, Azərbaycan rəhbərliyi də bu mövqedədir və biz tezliklə bu nümunələrin şahidi olacağıq”.

Səidə