Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina edildi

fransiz-qht-leri-ile-emekdasliqdan-imtina-edildi-
Oxunma sayı: 652

Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım atıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son verilməsi ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz. Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik.

Qeyd edək ki, Mərkəz digər Azərbaycan QHT-lərini də Fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.