Fuad Muradov: “Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

fuad-muradov-ruminiya-azerbaycanin-erazi-butovluyunu-destekleyir
Oxunma sayı: 638

Millət vəkili səfərlə bağlı “Qafqazinfo”ya verdiyi açıqlamasında bildirib ki, bu ölkənin parlamentariləri, rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.
“Rumıniya parlamentinin spikeri Roberta Anastase başda olmaqla bu ölkənin parlamentariləri ilə görüşlər keçirdik. Görüşlər zamanı ikitərəfli əlaqələr müzakirə olundu. Əsas məsələ isə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ oldu. Rumımiyalı deputatlara Ermənistanın işğalçı siyasəti barədə məlumat verdim. İşğal olunmuş ərazilər, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin olması haqqında danışdım. Parlamentarilər bildirdilər ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq normalar çərçivəsində tanıyır və dəstəkləyir.”
Millət vəkili onu da əlavə etdi ki, bu görüşlər zamanı enerji məsələləri də müzakirə olunub. “Rumıniya parlamentinin Sənaye və xidmət komitəsinin sədri Viorel Constantinescu və komitənin üzvü Ioan Bora ilə də görüşdük. Ona Azərbaycanın enerji potensialı barədə məlumat verildi və bir sıra ikitərəfli məsələləri müzakirə etdik.”
Qeyd edək ki, Rumıniyada səfərini başa çatdıran millət vəkili bu gün Litvaya yola düşüb.