Futbol oyunu yumruq davasına döndü-Fotolar

futbol-oyunu-yumruq-davasina-dondu-fotolar
Oxunma sayı: 660

“Qafqazinfo”nun “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, “Fənərbaxça”lı futbolçu Semih Şentürkün “Trabzonspor”un başqanı Sadri Şeneri yumruqladğı iddia edilir.

Hakim birinci hissədə oyunu dəfələrlə dayandırmağa məcbur olub. İlk 45 dəqiqənin sonunda Emre Belözoğlu ilə Didier Zokora arasındakı dava soyunma otağında davam edib.

Soyunma otağına girərkən “Fənərbaxça”nın tərcüməçisi Samet Güzenin saçından dartıblar. Bundan sonra gərginlik daha da artıb. Koridorda futbolçular bir-birlərinə hücum ediblər.

Yaşanan gərginliyi digər futbolçular və hər iki komandanın baş məşqçiləri yatırmağa çalışıb.