Futbol qanlı toqquşma ilə bitdi

futbol-qanli-toqqusma-ile-bitdi
Oxunma sayı: 673

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, dünən keçirilən futbol oyunu zamanı tərəfdarlar arasında baş verən qanlı toqquşmada ən azı 74 nəfər ölüb. Mindən artıq insanın isə yaralandığı xəbər verilir.

Misirin məşhur komandası “əl-Əhli” ilə Port Səid şəhərinin “əl-Məsri” komandası arasında baş tutan qarşlıaşmadan sonra qəzəbli tamaşaçılar meydançaya enib. İki əzəli rəqibin tərəfdarları arasında qarşıdurma yaşanıb. Bir qrup tərəfdar oyun keçirilən stadionu yandırıb.

Qarşıdurma tərəfdarların “əl-Məsri” komandasının qazandığı 3:1 nəticəsi ilə bitən qələbəni qeyd etməsi üçün meydançaya axını zamanı baş verib. Rəqib komandanın tərəfdarları bu hadisəyə edərkən stadion bir-birinə dəyib.

Bu hadisəyə bənzər qarşıdurma paytaxt Qahirədə “Zamalek” və “İsmailiyə” komandaları arasında meydana gəlib. Port Səiddəki oyunda baş verənlərdən sonra matçın təxirə salınması tərəfdarların qəzəbinə səbəb olub. Azarkeşlər polislə vuruşublar. Bir qrup qəzəbli azarkeş isə stadionu yandırıb. Hadisədə çoxlu insanın yaralandığı bildirilir.

Misirin “Nil” telekanalı 100 nəfər yaralının xəstəxanalara yerləşdirildiyini xəbər verib.

Baş verən hadisələrə görə Misir parlamentinin bu gün təcili iclasının keçiriləcəyi xəbər verilir.