Futbolçulara “Facebook” və “Twitter” qadağası

futbolculara-facebook-ve-twitter-qadagasi
Oxunma sayı: 636

SalamNews xəbər verir ki, federasiya AÇ-2012-nin final mərhələsində futbolçulara "Twitter" və "Facebook"dan istifadə etməyə qadağa qoyub. Sözsüz ki, bu qərar futbolçular arasında birmənalı qarşılanmayıb. Müxtəlif reaksiyalara səbəb olan qərara ən sərt etirazı isə yığmanın təcrübəli üzvlərindən Tomes Sorensen edib. O, qərarın utancverici olduğunu və futbolçuların şəxsi azadlıqlarının məhdudlaşdırıldığını bildirib. Federasiyanın mətbuatla əlaqlər departamentinin rəhbəri isə qərarın komandanın baş məşqçisi Marten Olsenin istəyilə qəbul olunduğunu dilə gətirib.