Futbolçunun dəfnində 20 min nəfər – Fotolar

futbolcunun-defninde-20-min-nefer-fotolar
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 25 yaşlı futbolçunun dəfnində 20 min insan iştirak edib.

Morozininin nəşi əvvəlcə Peskara xəstəxanasından “Livorno Armando Piççi” stadionuna gətirilib. Burada azarkeşlərlə vida mərasimindən sonra kilsədə də cənazəni minlərlə insan ziyarət edib.

Qeyd edək ki, Morozini 15 yaşında olarkən xərçəng xəstəsi olan anası Kamillanı, iki il sonra ürək xəstəsi olan atası Aldonu, daha bir il sonra isə intihar edən böyük qardaşını itirib. Pyermarionun ölümündən sonra Morozini ailəsindən yalnız futbolçunun fiziki qüsurlu bacısı həyatda qalıb.


Ceyhun Əhmədov