Füzuli Ələkbərovdan İradə Cavadovaya cavab gəldi

fuzuli-elekberovdan-irade-cavadovaya-cavab-geldi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bu sözlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hüquq müdafiəçisi İradə Cavadovanın açıqlamalarına cavab olaraq bildirilib. Qeyd edək ki, İ. Cavadova nazirliyi əlil uşaqlarla bağlı hesabatları ictimaiyyətə açıqlamamaqda ittiham etmiş və BMT-nin hesabatlarından əldə etdikləri statistikanı açıqlamışdı.

Nazirlik isə cavab olaraq bildirir ki, həmin tədbirdə əlilliyi olan insanların hüquqlarının qorunması sahəsində görülən tədbirlər, mövcud problemlər, hesabatın hazırlanmasında birgə əməkdaşlığın aparılması xüsusi vurğulanmış və hesabata daxil etmək üçün aidiyyəti ictimai birlik və QHT-lər dır müvafiq məlumatların təqdim olunması nazir müavini tərəfindən səsləndirilmişdir.

Prosedur qaydalara əsasən Hökumət tərəfindən təqdim olunan hesabat ilkin mərhələdə Komitə tərəfindən nəzərdən keçirildikdən sonra təşkilatın rəsmi internet səhifəsində yerləşdirilir. Yalnız bundanm sonra ölkə tərəfindən hesabatın açıqlanması tövsiyə olunur.
Qeyd etmək istərdik ki, hətta Komitənin saytında da bu hesabat “çap olunmamış versiya” kimi göstərilib.

Komitənin internet səhifəsində hesabat artıq yer aldığından, millli səviyədə də hesbat tam açıqlanmış və hazırda BMT-nin ƏH üzrə Hesabat ƏƏSMN-nin veb səhifəsindən www.mlspp.gov.az “Beynəlxalq əməkdaşlıq” bölməsinin “Konvensiya üzrə hesabatlar” hissəsindən əldə oluna bilər.