Füzuli rayon prokurorunun köməkçisi tutulub

fuzuli-rayon-prokurorunun-komekcisi-tutulub-
Oxunma sayı: 645

Məlumata görə, Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç. Mövsümov Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb.

Füzuli rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ç. Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib.