Füzuli rayonunda dəhşətli təbii fəlakət olub

fuzuli-rayonunda-dehsetli-tebii-felaket-olub
Oxunma sayı: 868

“Qafqazinfo”nun məlumatına görə rayon ərazisində ən güclü dolu Horadiz şəhərində müşahidə olunub. Baş verən hadisə nəticəsində rayona külli miqdarda zərər dəyib. Belə ki, fərdi təsərrüfatlara həmçinin dövlət müəssisələrinə məxsus obyektlərin bir hissəsi sıradan çıxıb. Horadiz şəhərində İcra Hakimiyyəti tərəfindən yeni çəkilmiş hasarları sel suları yuyub aparıb, həmçinin bir sıra yerlərdə asfalt örtüyü də sel sularına tab gətirməyərək dağılıb.

Rayonun Yol Polisi İdarəsinin qarşısındakı şəxsi və dövlət avtomobillərinə də güclü ziyan dəyib və onların əksəriyyəti tam yararsız hala düşüb. Yol Polisi İdarəsinin rəisinin yeni aldığı xarici markalı avtomobilin də şüşələrinin, banının dolu və selin təsirindən dağıldığı bildirilir.

Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün rayon rəhbərliyi tərəfindən tədbirlər həyata keçirilir.

Mirmehdi İbişov