Füzulini kim bərpa etmək istəyir?

<b>Füzulini kim bərpa etmək istəyir?</b>
Oxunma sayı: 291

Evlərin 100-ü Horadiz şəhərində, 400-ü kəndlərdə yerləşir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin (ARRA) cümə günü rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tender layihə smeta sənədlərinin hazırlanmasını, bütün evlərin tədqiqini və geoloji işlərin aparılmasını, daşıyıcı konstruksiyaların möhkəmləndirilməsini, dağıdılmış evlərin bərpası mümkün olmayanda yeni tip evlərin tikintisinin planlaşdırılmasını nəzərdə tutur. Tenderdə iştirakın qiyməti 500 maantdır.

Tender təklifləri avqustun 8-də saat 16:00-dək ARRA-nın Bakı şəhəri, İbrahimpaşa Dadaşov küç., 60, üçüncü mərtəbə ünvanında yerləşən ofisində qəbul edilir. Əlaqələndirici şəxslər - planlaşdırma üzrə menecer E.Abdullayev (telefon 561 70 25) və əməliyyat meneceri A.Əhmədov (561 72 81), е-mail: [email protected]

Müsabiqə təkliflərinin qiymətləndirilməsi avqustun 9-da saat 16:30-da olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi