Gələcəyimiz təhlükədədir - Dəhşətli statistika

geleceyimiz-tehlukededir-dehsetli-statistika
Oxunma sayı: 636

Modern.az əməkdaşlarının ayrı-ayrı məktəblərdə apardıqları müşahidələr göstərib ki, birinci sinifə gələn 6 yaşlılar arasında oğlanların sayı qızlardan iki dəfə çoxdur. Hətta Bakının bəzi məktəblərində elə birinci sinif var ki, 20 şagirddən 2-si qız, 18-i oğlandır.

Sayt bu il məktəbə gedən birinci siniflərdə oğlan və qız uşaqlarının faiz nisbətini öyrənmək üçün Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən buliki birinci siniflərdə oğlan uşaqlarının sayının qızlardan çox olduğunu təsdiqləsələr də, konkret rəqəm söyləyə bilməyiblər.

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov saytımıza açıqlamasında bildirib ki, indidən bu haqda dəqiq məlumat vermək çətindir.

“Çünki bizdə hesabat oktyabrın əvvəlindən sonuna qədər yığılır. Məhz bundan sonra demək olar ki, birinci sinifə gedən uşaqların necəsi oğlan, neçəsi qız olub”.

Qızların oğlanlardan üstünlük təşkil etməsinə gəlincə, nazirlik rəsmisi “bu demoqrafik problemdir. Biz nə deyə bilərik?” söyləyib.