Gələn həftə 6 yaşlı qızın toyu var

gelen-hefte-6-yasli-qizin-toyu-var
Oxunma sayı: 643

Shari kəndindəki Tayfa məclisinin – Cirqanın din və adətlərə əsaslanaraq verdiyi qərarına görə, Bibi Roza adlı 6 yaşlı qız 2 düşmən ailəsindən olan oğlanla nikaha girməlidir. Məclis toy gününü də Noyabrın 11-nə təyin edib.

Bibi Rozanın valideynləri tayfa məclisinin bu qərarının ləğv elətdirmək üçün Svat əyalətinin məhkəməsinə müraciət ediblər. Polis bildirir ki, onlar həmin toyun baş tutmaması üçün əllərindən gələni edəcəklər.

Pakistanın Xeybər Paxtunşa əyalətində qan düşmənçiliyə son qoymaq üçün düşmən ailəyə qızların ərə verilməsi adəti geniş yayılıb. Ancaq 6 yaşlı qızın Suara adlanan bu adətə qurban verilməsi çox nadir rastlanan hallardandır.

Türkiyənin bəzi əyalətlərində də bu adət hələ də qüvvədədir./AzadliqRadiosu/