“Gəlib görürlər ki, insanlar necə firavan yaşayır” - Müsahibə

gelib-gorurler-ki-insanlar-nece-firavan-yasayir-musahibe
Oxunma sayı: 637

- “Neftçi” nin dünənki “Partizan”la görüşünə oyununa baxdınızmı?
- Əlbəttə, baxdım. “Neftçi” Avropa Liqasında çox yaxşı nəticə göstərə bilər. “Partizan”la səfər oyunu bunu deməyə əsas verdi. İndi biz bu komandanı evdə məğlub edə bilərik. “Neftçi” tarixi olan bir komandadır və sevinirəm ki, klub çox güclənib. Dünənki oyundan sonra Böyükağa Hacıyev bildirib ki, “biz 1 xal qazanmadıq, 3 xal itirdik”. Mən belə deməzdim. Həqiqətən “Neftçi” komandası sonadək mübarizə apararaq 1 xal qazandı. İndi komandada əhval –ruhiyyə yüksəkdi. Əsas odur ki, digər oyunlarda bu uğurun davamı gəlsin. Mən inanıram ki, bu belə də olacaq. “Neftçi” ilə oyundan əvvəl isə mən “Fənərbaxça”nın da “Marsel”lə oyununa baxdım. Türkiyə komandası da pis təsir bağışlamadı. Sonda edilən səhvlər komandaya baha başa gəldi.

- Hələ “Partizan” – “Neftçi” oyunu başlamazdan əvvəl “Neftçi”nin inamlı təsir bağışlayacağına və “Partizan”ın qol vura bilməyəcəyinə inanırdınızmı?
- Əslində yox. Çünki bu oyunla bağlı bir az həyəcan var idi. Hər kəs “Partizan”ı güclü rəqib sayırdı. Amma biz göstərdik ki, biz də zəif deyilik. “Partizan” məğlub ediləsi rəqibdir və bunu da “Neftçi”dən gözləyirəm.

- “Neftçi”nin növbəti görüşü oktyabrın 4-də “İnter”ə qarşı olacaq. Bu oyunla bağlı fikirləriniz bildirərdiniz?
- Mən “Neftçi”nin “Partizan”la oyununda komandamızın 1-0 hesablı qələbə qazanacağını düşünürdüm. Amma bu olmadı. Amma “İnter”lə oyun çətin olsa da, “Neftçi” doğma meydnada oynayacaq və ən sərfəli nəticə 0-0 ola bilər. Əlbəttə ki, arzu edirəm qələbə qazanaq və “Neftçi” nəyə qadir olduğunu bütün Avropaya göstərsin.

- “Neftçi” nin futbolçuları meydanda sona qədər mübarizə aparır. Amma necə olur ki, “Neftçi”nin də futbolçularının yer aldığı millidə futbolçular bunu bacarmır?
- Əksər baş məşqçilər elə bilir ki, komandada fiziki hazırlıq üzrə məşqçiyə ehtiyac yoxdu, bunu düşünənlər səhv edirlər. Bu məsələnin bir tərəfi, digər yandan millidə əgər bir futbolçu öz oyunu gösətər bilmirsə, bu artıq bütün oyuna və futbolçulara təsir edir. Əsas fərq məncə bundan ibarətdir.

- “Neftçi”nin Avropa Liqasında inamlı çıxışı Azərbaycanın UEFA reytinqində irəliləməsinə gətirib çıxarıb və ölkəmiz 33-cü yerdədir...
- Əgər bura qədər gəlib çıxmışıqsa, vallah sevinirəm və arzu edirəm ki, daha da irəli gedək.

- Bakıda və Lənkəranda futbol bayramı başlayır. U-17 qadınlararası DÇ-nı izləmək üçün hətta FİFA prezidenti Yozef Blatter də gəlib. Bu mötəbər turnir Azərbaycan idmanına nə verəcək...
- Bu Azərbaycan idmanına çox şey verəcək. Birincisi, ölkəmizin idman sahəsindəki uğurlarını bütün dünya izləyəcək. Digər tərəfdən də bəzən xaricdə Azərbaycan adı gələndə Qarabağ münaqişəsi və müharibə anlayışları yada düşür. Belə idman tədbirlərinin olması isə göstərir ki, heç də belə deyil. Xarici qonaqlar gəlib görürlər ki, burada insanlar necə firavan yaşayır, hər şey qaydasındadır, müharibə yoxdur. Bundan əlavə, idman tədbirlərinin çox olması ölkədə sağlam nəslin formalaşması üçün bir təbliğatdır. Cənab prezident ölkədə idmanın kütləviliyinin olmasının tərəfdarıdır. Bu nə qədər çox olsa, gənclərimiz daha qüvvətli və çevik olarlar, o cümlədən də vətənimizi ləyaqətlə qoruyarlar.