Gəncə dindarlarına xəbərdarlıq edildi

gence-dindarlarina-xeberdarliq-edildi-
Oxunma sayı: 698

Gəncə dindarlarının İslamazeri.az-a veridyi məlumata görə, dünən “Qədir-Xum” bayramı ilə bağlı tədbir keçirilib. Tədbir saat 19:00-da başlayıb. Təbirdə ruhanilər, ziyalılar və gənclər iştirak ediblər. Məclisdə ruhanilər Həzrət Əli (ə) fəzilətindən danışıblar.

Tədbirin sonunda ehsan ziyafəti verilən zaman polislər tədbir keçirilən binanı mühasirəyə alaraq məclisin sona çatmasına maneə törədiblər. Saat 20:30-da polislər 30 inanclını polis bölməsinə aparıblar. Polis bölməsində dindarlardan izahat alıblar və tapşırıblar ki, qarşıdan gələn Məhərrəmlik mərasimlərində sizi orda görməyək. Gecə saat 2 radələrində inanclılar sərbəst buraxılıblar.