Gəncədə “Aşura qadağası” başladı

gencede-asura-qadagasi-basladi
Oxunma sayı: 1561

Bu barədə Gəncə inanclıları İslamazeri.az-a bildirib.

Gəncə dindarları belə düşünür ki, məscidlərdə axtarış aparılması və məhərrəm ayına məxsus köynəklər, bayraqlar və zəncirlərin götürülməsi məhs Elmar Vəliyevin göstərişi ilə olub.

Məscidlərdə keçirilən əməliyyatlardan sonra Qazaxlar məscidinin axundu Hacı Rahil və rozəxan Kərbəlayi Emin polis bölməsinə aparılmış və daha sonra onlara tapşırılıb ki, məsciddə olan dini bayraq, köynək, şüarlar və hədislər yazılmış bannerlər oradan çıxarılsın. Onlar da polis təzyiqi altında məsciddə olan ləvazimatları gecəylə oradan çıxarıblar.

Verilən məlumata görə, orada olan bayraqlar, köynəklər və sair invertarlar hər il Aşura yürüşündə və İmamzadədə istifadə olunur.
Xəbər verilir ki, noyabr ayının 12-də Gəncə şəhər polis idarəsi tərəfindən şəhər məscidlərində əməliyyat keçirilib.

Əməliyyat zamanı Qazaxlar məscidindən Məhərrəm ayında istifadə olunan bayraqlar, köynəklər, zəncirlər və sair əşyalar götürülüb.

Gəncə şəhərində inanclılar hər Aşura günü qara köynəklər geyinərək əllərində dini bayraqlar tutaraq yürüş edirlər.