Gəncədəki terrorçuların biri öldürüldü - Yenilənib

gencedeki-terrorcularin-biri-olduruldu-yenilenib
Oxunma sayı: 638

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.

Qeyd edək ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

***

Azadlıq Radiosunun hadisə yerində olan əməkdaşı bildirib ki, atışma Təbriz küçəsi, 93 saylı binanın 3-cü mərtəbəsində baş verib. Məlumata görə, həmin mərtəbədə qalan kirayənişinlər binanın bütün sakinlərini çıxarıblar. Hadisə baş verən ərazi Milli Təhlükəsizlik Nazirliyinin silahlı əməkdaşları və polis tərəfindən əhatəyə alınıb. Heç kim əraziyə buraxılmır:

«Mən lap yaxınlıqdayam, 3-cü mərtəbədəki evin aynabəndindən görünür ki, 4 nəfər içəridə gəzişir. Sakinlər deyirlər ki, həmin adamlar çoxdan bu mənzildə yaşayırlar və indiyə qədər hər hansı problem baş verməyib. Hələki ərazidə olan təhlükəsizlik qüvvələri heç bir açıqlama vermirlər. Ölən, bir neçə yaralının olması barədə ilkin məlumatlar var. Yaralıların Gəncədəki 3 saylı xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilir. Xəstəxanadan yaralıların gətirildiyini təsdiqləsələr də ətraflı məlumat verməkdən imtina etdilər».

Hüquq-mühafizə orqanları Gəncədə baş verənlərlə bağlı heç bir məlumat açıqlamırlar. Amma Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.

***

Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.
Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.

***

Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.

MTN-in İctimai Əlaqələr Məkəzinin rəhbəri Arif Babayev Trend-ə bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir