Gənclər etiraz kampaniyasına basladılar

gencler-etiraz-kampaniyasina-basladilar
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, Hərəkəat üzvləri bununla bağlı ictimaiyyətə müraciət ediblər. Həmin müraciəti təqdim edirik:

“Son vaxtlar Azərbaycan hakimiyyəti müxalifəti və ümumiyyətlə müstəqil insanları və təşkilatları sıxışdırmaq üçün yeni metoddan istifadə edir. Hakimiyyətin sifarişi ilə Bakı şəhərində yerləşən müxtəlif otellər tərəfindən Musavat partiyasının yüzillik yubiley tədbiri, Ziyalılar forumunun bir neçə tədbiri, “Azadlıq” qəzetinin yubileyi, bəzi müstəqil təşkilatların tədbirlərinə son anda müxtəlif bəhanələrlə, əvvəldən razılaşma olmasına baxmayaraq yer verilməkdən imtina edilib.Bu imtinalardan bəziləri birbaşa yerli otellər tərəfindən edilsə də, çox təəssüflər olsun ki, ABŞ-ın “Ambassador Group”, “Hyatt Hotels Corporation” və “Hilton Worlwide” kimi dünyada ən böyük və məşhur otel şəbəkələrinin Azərbaycan Respublikasında yerləşən otelləri də hakimiyyətin demokratiya və ədalət uğrunda mübarizə aparan insanların hüquqlarını bu cür kobud şəkildə pozmasına kömək edirlər. Biz N!DA Vətəndaş Hərəkatı olaraq dünyada məşhur olan və marka dəyəri yüksək olan bu otel şəbəkələrinin mərkəzi ofislərinin və beynəlxalq ictimaiyyətin bu biabırçı olaylardan xəbərdar olması üçün kütləvi e-mail kampaniyasına başlamağa qərar verdik.

Biz bu imtinaların əsl səbəblərini açıqlayan məktubun (ingiliscə) həmin otel şəbəkələrinin mərkəzi ofisinin e-mail adresinə göndərilməsi üçün facebook və digər sosial şəbəkələrdə geniş təbliğat kampaniyasına start vermişik. Qoy bu rüsvayçılıqdan bütün dünya xəbərdar olsun. Hər kəsi bu aksiyaya qoşulmağa çağırırıq. İnanırıq ki, dünyaca məşhur otel şəbəkələrinin rəhbərləri ABŞ-ın dünyada yaratdığı azad sahibkarlıq adına ləkə vuran bu biabırçı olaylara reaksiya verəcək, azad iqtisadiyyat tələblərinin avtoritarizmin fövqündə durduğu sübut ediləcək, demokratiya və ədalət uğrunda mübarizə aparan insanların hüquqlarını bir daha pozulmayacaq. Artıq 100-ə yaxın insan bu kampaniyaya qoşulub. Aşağıda eventin linki qoyulub, həmin linkə daxil olaraq məktubları göstərilmiş ünvanlara göndərməklə kampaniyaya qoşula bilərsiz.”