Gənclər geniş aksiyalara başlayırlar

gencler-genis-aksiyalara-baslayirlar
Oxunma sayı: 660

Bunu musavat.com-a açıqlamasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komitə Facebook və Twitter sosial şəbəkələrində həbsdəki gənclərlə bağlı aksiya və kampaniyaları davam etdirir: “Dekabrın 10-da 2 aprel mitinqinə görə həbs olunan vicdan məhbusu Elnur Məcidlinin ad gününü təntənəli şəkildə qeyd edəcəyik. Həm də onunla bağlı bloq yazı kampaniyası keçirəcəyik. Dekabrın sonundan başlayaraq ölkədə böyük sosial kampaniyaya başlayacağıq. Bilirsiniz ki, ölkəmizdə ipoteka kreditlərinin şərtləri çox ağırdır və bu, gənclərin ailə qurmasında başlıca əngələ çevrilib. Bizim ipoteka kreditləri ilə bağlı səmərəli təkliflərimiz var və bunu yaxın günlərdə açıqlayacağıq. ”Hər gəncin bir evi olsun" kampaniyamıza hazırlıq işləri gedib və yaxında start verəcəyik. Qapı-qapı gəzib mənzillərə hazırladığımız ipoteka kreditlərinin şərtlərini vuracağıq. Məqsədimiz vətəndaşların bu projemizə imzalarını toplayaraq hökumətə göndərməkdir”.
“Biz Müsavat Gənclər Təşkilatı olaraq insan hüquq və azadlıqlarının bərpası uğrunda aksiyalar keçirəcəyik”. Müsavat Gənclər Təşkilatının sədr müavin Səxavət Soltanlı belə deyib: “Sərbəst toplaşma azadlığı qadağan olunub, mətbuata təzyiqlər davam edir. Təhsil və səhiyyədə problemlər deyiləsi deyil , orduda özbaşınalıq baş alıb gedir. Hökumət isə öz növbəsində gərəksiz layihələrlə büdcəni talamaqla məşğuldur”.
S.Soltanlı deyir ki yeganə çıxış yolu etiraz aksiyalarını davamlı etməkdir: “Yalnız bu yolla problemləri ictimailəşdirə bilərik. Əsgər ölümləri ilə bağlı izdihamlı aksiya keçirdik. Növbəti günlərdə digər sahələrdəki problemlərlə bağlı aksiyalarımız olacaq. Hazırda aksiyalara ciddi hazırlıq gedir”.