Gənclər qiymət artımına etiraz etdi - Yenilənib

gencler-qiymet-artimina-etiraz-etdi-yenilenib
Oxunma sayı: 695

Qafqazinfo”nun məlumatına görə, bu gün bir qrup gənc metronun 28 may stansiyası önündə qiymət artımına etiraz olaraq flashmob aksiya keçirib. Facebookda yayılan informasiyalarda bildirilir ki, aksiyada Demokrat Gənclər Təşkilatının sədri Rövşən Əsədov polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, metroda gediş haqqının artırılmasına görə metronu boykot aksiyasına “Nida” Vətəndaş Hərəkatı da qoşulduğunu açıqlamışdı. “Nida”nın rəyində o da vurğulanıb ki, ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkat avtobusların boykotundan başlanmışdı.

***

Gənclər «Sahil bağı»ndan hərəkət edərək metronun «Sahil», «İçərişəhər» və «28 May» stansiyalarında üzərinə «Sus, yatanlar oyanar, 5+15+20?» yazılmış plakatları divarlara yapışdırıblar.

Bəzi vətəndaşlar da qiymət artımına münasibətdə gənclərlə həmrəy olduqlarını bildiriblər.

«28 May» stansiyasında iki nəfər mülkigeyimli şəxs aksiyaya müdaxilə edib. Gənclərdən Rövşən Əsədovu saxlayaraq stansiyanın daxilindəki polis məntəqəsinə aparıblar.

Hazırda polislər Rövşən Əsədovla söhbət aparırlar.