Gənclər Rəsul Quliyevə qoşuldular

gencler-resul-quliyeve-qosuldular
Oxunma sayı: 636

Bia.az-ın yaydığı məlumata görə, Koalisiyanın idarə heyətinin növbədənkənar toplantısı keçirilib. Toplantıya sədrliyi Koalisiyanın sədri Əbülfəz Sadıqbəyli aparıb. Koalisiyanın idarə heyətinin toplantısında qurumun gördüyü işlər və bundan sonrakı atacağı addımlar geniş müzakirə edilib. Toplantı zamanı təşkilatlanmağa xüsusi diqqət verilməsi tapşırılıb.

Toplantı zamanı həmçinin eks-spiker Rəsul Quliyevin çağırışları xüsusi müzakirə edilib. Müzakirələr zamanı Rəsul Quliyevin çağırışlarının xoş məramlı olması nəzərə alınaraq bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, "HƏDƏF" Gənclər Koalisiyası ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, ölkənin demokratikləşməsi naminə bundan sonra Demokratiya Uğrunda Müqavimət Hərəkatına qoşularaq fəaliyyət göstərməyi, fəaliyyətlərini hərəkatla koordinasiya etməyi, Müqavimət Hərəkatının işində yaxından iştirak etməyi qərara alaraq hərəkatın işində yaxından iştirak edəcəklərini bəyan ediblər.