Gənclərlə “siçan-pişik” oyunu – Rəsmi

genclerle-sican-pisik-oyunu-resmi
Oxunma sayı: 664

Bu gün GHKM-nın üzvü Samir Əsədli Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Zaur Ramazanovla əlaqə saxlayıb və müraciətlə bağlı BŞİH-nin cavabını tələb edib. Z. Ramazanov isə məsələ ilə bağlı cavab verməyib. “Qafqazinfo” xəbər verir ki, daha sonra Z. Ramazanovdan görüş tələb edən Samir Əsədliyə bildirilib ki, bu gün saat 16:00-da şəhər icra hakimiyyətində gənclər qəbul ediləcək. Görüş vaxtına az qalmış isə BŞİH-dən bildirilib ki, görüş sabah (28 fevral) saat 11:00-da olacaq. Bu gün iş günün sonuna az
qalmış isə Samir Əsədliyə bildirilib ki, sabah saat 11:00-da da görüş keçirilməyəcək.

Müraciətdə GHMK 4 mart tarixində mitinq keçirmək üçün “Füzuli” meydanı , Təbriz Kinoteatrının qarşısı və Nərimanov Kinoteatrının qarşısını ayrılmasını istəyib.

Müraciət edilməsindən 14 gün keçməsinə baxmayaraq, (13 fevralda müraciət edilib) hələ də şəhər icra hakimiyyəti cavab verilməyib.