Generalın qardaşı oğlunun ölümü ilə bağlı cinayət işi başladı

generalin-qardasi-oglunun-olumu-ile-bagli-cinayet-isi-basladi
Oxunma sayı: 670

Respublika Hərbi Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12.-ci) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, hadisə yerinə baxış keçirilib və müvafiq ekspertiza təyin olunub.

Emin Əliyev noyabrın 2-də axşam saatlarında başından aldığı güllə yarasından şəhid olub. Əliyev Emin 1986-cı il təvəllüdlüdür.

Xatırladaq ki, şəhid olan zabit Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.