Gövhər Həsənzadə Azərbaycanı tərk edir

govher-hesenzade-azerbaycani-terk-edir
Oxunma sayı: 768

G.Həsənzadə Gün.Az-a açıqlamasında Azərbaycandan çoxdan köçmək niyyətinin olduğunu deyib.

“Təbii ki, Azərbaycanla əlaqələrimi birdəfəlik kəsmək niyyətində deyiləm. Arada bir vətənimə gəlməyi, qohumlarımla görüşməyi düşünürəm”.

Türkiyədən bir sıra iş təklifi alan bəstəkar artıq müsbət dəyərləndirmə etdiyini söyləyib. Əlavə edib ki, İstanbulda özəl musiqi şirkəti yaratmaq niyyətindədir.

“Bu qurumu yaratdıqdan sonra gələcəkdə bəstəkarlarımızı da ora cəlb etmək istəyirəm. Qoy onların da bəstələri satışa çıxarılsın və bundan maddi gəlir əldə etsinlər. Azərbaycan musiqisi qədim keçmişə malikdir. Bizim bəstəkarlıq məktəbimizin məhsulu böyük tələbata mənsubdur. Bu işdə yeni uğurlara imza atacağıma tam əminəm”.