Göyçayda Müsavatçı həbs olundu

goycayda-musavatci-hebs-olundu
Oxunma sayı: 681

Göyçay Rayon Polis Şöbəsinə aparılan müsavatçıya ictimai qaydanı pozmaq, polis əməkdaşının qanuni tələbinə əməl etməmək ittihamı irəli sürülüb və onun işi məhkəməyə göndərilib. “Yeni Müsavat” qəzetinin məlumatına görə, Neyman Əsgərova 5 sutkalıq inzibati həbs cəzası kəsilib.

“Media forum” saytına danışan Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli deyib ki, Neyman Əsgərovun inzibati qaydada saxlanmasına heç bir əsas olmayıb: “Hakimiyyət Neyman Əsəgərovun həbsi ilə Müsavatın Göyçay rayon təşkilatının konfransının qarşısını almaq istəyib”.

“Yeni Müsavat”ın yazdığına görə, oktyabrın 16-da konfransı çox çətinliklə keçirmək mümkün olub.