Gözətçi diri-diri yandı

gozetci-diri-diri-yandi
Oxunma sayı: 676

Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın gecə saat 04 radələrində ağac emalı sexinin həyətindəki gözətçi otağında meydana gəlib.

Yanğın söndürüləndən sonra otaqda ağac emalı sexində gözətçi işləyən 56 yaşlı Zaqatala sakini Kamal Osmanovun yanmış meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.