Güc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib

guc-strukturlari-yuksek-hazirliq-veziyyetine-getirilib
Oxunma sayı: 662

Bu barədə redaksiyamıza iqtidara yaxın mənbə məlumat verib.
Məlumata görə, rəsmi Bakı zərbəni əsasən Irandan gözləyir. Hətta hökumət gündəlik həyatda baş verən hadisələrdə də (tıxac, qaz sızması, enerji verilişində yaranan problemlər) təxribat izi axtarır. Bildirilir ki, təlaş içində olan hakimiyyət bütün güc strukturlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Məlumatda deyilir ki, bir neçə gün əvvəl DIN-in vətəndaşlara müraciəti də bu narahatlıqdan qaynaqlanır.
Hakimiyyətdə düşünürlər ki, xüsusilə Aşura günü, imam Hüseynin 3, 7 və 40 mərasimlərində təxribatların ola biləcəyi realdır. Bu baxımdan hüquq-mühafizə orqanlarına həmin mərasimlərə ciddi nəzarət etmək tapşırığı verilib.

azadliq.info