Güclü qadınların siyahısı açıqlandı

guclu-qadinlarin-siyahisi-aciqlandi
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, siyahıya Almaniyanın baş naziri Angela Merkel başçılıq edib. Siyahıda ikinci yerdə ABŞ xarici işlər naziri Hillari Klinton, üçüncü yerdə isə Latın Amerikasının ən böyük iqtisadi gücü, Braziliyanın ilk qadın dövlət başçısı olan Dilma Roussef qərarlaşıb. Növbəti pillələrdə “PepsiCo”nun rəhbəri İndra Nuyi, Facebookda yüksək vəzifə tutan Şeril Sandberqdir, “Bill and Melinda Gates Foundation” adlı ən böyük xeyriyyə təşkilatının sədri olan Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts, Hindistan Milli Konqresinin lideri Soni Qandi, Mişel Obama və başqaları yer alıb. Siyahının ən gənc qadınları isə Ledi Qaqa və Britney Spirs olub. Dünyanın ən nüfuzlu qadınları siyahısında, həmçinin 17-ci sırada yer alan Argentina prezidenti Kristina Fernandes və 23-cü pillədə olan Avstraliyanın baş naziri Culiya Gillardın da adı var. Orta yaş həddi 54 olan dünyanın 100 güclü qadınlarının bütövlükdə 30 trilyon dolları idarə etdiyi bildirilib.

Səidə