Gülər Əhmədovanın qəzeti dayanır

guler-ehmedovanin-qezeti-dayanir
Oxunma sayı: 643

MİA-ya daxil olan məlumata görə, Gülər Əhmədova ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılması, daha sonra YAP-ın imtina bəyanatı deputatın sahibi olduğu «Mərkəz» qəzetində də gərginlik yaradıb. Aldığımız məlumata görə redaksiya heyətinin bir qrup nümayəndəsi G.Əhmədovanın müdafiəsinə qalmağı, bir qrup isə əksini söyləyib. Hazırda qəzet kollektivində ciddi fikir ayrılığı yaranıb. Hətta bir neçə nəfərin bəyanat verərək qəzetdən gedəcəyi bildirilir.

Qəzetin fəaliyyətinin dayandırılacağı da bildirilir.