Gülhanədəki əsgərimiz əməliyyat olundu

gulhanedeki-esgerimiz-emeliyyat-olundu
Oxunma sayı: 653

Bu barədə “Qafqazinfo”ya Salyan rayonundan hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib. O, bildirib ki, bu gün əsgərin valideynləri ilə telefon əlaqəsi saxlayıb: “Validenləri bildirdilər ki, artıq əgər əməliyyat olunub. Həkimlər indi onun boynunu hərəkət etdirə bilməsi üçün məşq etdirirlər”. E. Məmmədov əsgərin qısa müddətdə müalicəsinin başa çatdırıb Azərbaycana göndəriləcəyini qeyd edib.

Qeyd edək ki, 1992-ci ildə Sabirabad rayonunda anadan olmuş Əliyev İxtiyar Rizvan oğlu 2010-cu ilin oktyabr ayında Sabirabad rayon hərbi komissarlığından xidmətə çağırılıb. 2011-ci ilin iyulun 13-də xidmət etdiyi hərbi hissədə yıxılaraq boynu qırılıb. Bundan sonra o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilib. Hospitalın əkim komissiyası əsgərin yalnız Türkiyədə müalicəsini mümkün hesab edib.

Noyabrın 2-də əsgərin babası Ələddin Nağıyev əsgərin müalicə üçün Türkiyəyə göndərilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. E. Məmmədovun sözlərinə görə, məktub nəticəsini verib və bu gün əsgər müalicə olunmaq üçün Türkiyəyə göndərilib.