Gümüş qazanan Rövşən Bayramovun həyatında qızıl dəyişiklik

gumus-qazanan-rovsen-bayramovun-heyatinda-qizil-deyisiklik
Oxunma sayı: 645

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Rövşən Bayramovun ata olması xəbəri hamını sevincə qərq edib. İnanırıq ki, Rövşənin yeni doğulmuş oğlu da atası kimi Azərbaycanın adını uca tutacaq, valideynlərinə layiq övlad olacaq.

Xatırladaq ki, Rövşən Bayramov Pekin və London Olimpiadasının gümüş mükafatçısı, 2011-ci ilin Dünya çempionu, DÇ-nin gümüş (2006) və bürünc (2009) mükafatçısı, ikiqat Avropa çempionu (2007, 2008) və bürünc (2006) mükafatçısıdır.