Günay Musayeva Elnurla sevişib?

gunay-musayeva-elnurla-sevisib
Oxunma sayı: 690

“Biz+” jurnalının layihəsi olaraq Elnurla Günayın bu dərgidə fotosessiyaları dərc edilib. İndiyə qədər model kimi 12 dəfə gəlin paltarı geyindiyini bildirən Günay isə söyləyit ki, Tolqa ilə rəsmi nikahı olsa da sentyabrın 29-da Osmanlı adətləri ilə üçüncü toyları olacaq. Osmanlı düyünü vaxtilə 40 gün, 40 gecə davam edib.
Yeni cütlük lent.az-a bildirib ki, bu dedi-qodulardan bezsələr də onların evliliyi həmişəlikdir. Tolqanın intellekti və ünsiyyətcilliyindən xoşbəxt olduğunu bildirən Günay deyib ki, ərinin ailəsi də onu səmimi qəbul edib. Elnurla çəkilən şəkillərinin yenidən gündəmə gəlməsindən və söz-söhbətdən yorulduğunu bildirən Günay Elnurla yalnız dostluq münasibətləri olduğunu deyib: “Məni yoran olmayan şeyin danışılmasıdır. Türkiyə mediasının yayımladığı söhbətlərdən bezdim. Elnur dostumdur və çəkilən fotolar da sadəcə olaraq bir jurnalın üz qabığı üçündür. Mən Elnurla heç vaxt evlənməmişəm. Bu məsələni niyə bu qədər uzadırlar, bilmirəm. Tolqa və mənimlə bağlı yayılan xəbərlər də bəsitdir, bu söhbətlər xoşbəxtliyimizə əngəl ola bilməz. Biz hər gün 24 saat birlikdəyik və bu günə qədər nə yaşamışıqsa, hamısını paylaşırıq. Sayqı olmayan yerdə gözəl bir şey ola bilməz”.

Redaksiyamıza daxil olan məlumata görə, bu il iyunun 13-də dayısı qızı ilə toyu olan və bu evliliyi mətbuatdan qapalı saxlayan Elnurun da ailəsində bu söhbətlərdən narazılıq yaranıb. Müğənninin özü ilə əlaqə yaratmağa çalışsaq da telefon zənglərimizə cavab ala bilmədik.

musavat.com