Günay Musayevanı aldadıblar

gunay-musayevani-aldadiblar
Oxunma sayı: 696

“Qafqazinfo”nun türk saytına istinadən verdiyi xəbərə görə, azərbaycanlı model adı açıqlanmayan vəkilin ondan Türkiyədə yaşamaq və işləmək izni almağa yardım edəcəyini vəd etdiyini və bunun müqabilində ondan 20 min dollar aldığını bildirib. Lakin üstündən 5 ay keçməsinə baxmayaraq, Günay Musayeva nə vədin yerinə yetirildiyini, nə də pulun geri qaytarıldığını iddia deyib: “Ona pul ilə yanaşı, universitet diplomumu və bir sıra rəsmi sənədlərimi verdim. Çünki rəsmi proses zamanı bunların lazım olacağını söylədi. Beş ay keçdi, pul da yox, sənədlər də... Bu fəlakət gələcəkdə başqalarının da başına gəlməsin deyə məhkəməyə müraciət etdim”.


Səidə