Günay Musayevanın oğlu Türkan Şorayla - Fotosessiya

gunay-musayevanin-oglu-turkan-sorayla-fotosessiya
Oxunma sayı: 1073

“Qafqazinfo”nun məlumatına görə, G.Musayevanın oğlu Türkiyənin canlı əfsanəsi aktrisa Türkan Şorayın diqqətini çəkib. Çəkiliş arası fasilələrdə Cahangiri əlindən yerə qoymayan aktrisa vaxtının çox hisəsini cütlüyün oğluna həsr edib. Cahangirlə şəkillər çəkdirən aktrisa belə deyib: “Tolqa yaxşı ata və aktyordur. Cahangir də gələcəkdə atası kimi yaraşıqlı olacaqsa, çox canlar yaxacaq”.

Dünyaya gələndən bəri türk mətbuatının diqqətini cəlb edən Cahangirin aktrisayla çəkilmiş şəkilləri hər şəxs tərəfindən böyük maraqla qarşılanıb. Hazırda serialda Türkan Şorayın tərəf müqabili olan Tolqa yeni mövsümə hazırlaşır.

Qeyd edək ki, Tolqayla yanaşı serialda müğənni Özcan Dənız də yer alıb.

Gunay Musayevaya gəlincə ana olandan sonra 5 ay ərzində idman edərək 32 kiloqram arıqlayan model podiuma dönməyə qərar verib. Artıq bır sıra tədbirlərə qatılan model yaxın günlərdə maraqlı və reytinqli layihədə yer alacaq. Hazırda ona gələn təklifləri dəyərləndirən Günay yaxın zamanda yeni işləriylə bağlı açıqlama verməyi düşünür.

Aynur Babayeva