Günel Cəfərova tapıldı - Kriminal xəbərlər

<b>Günel Cəfərova tapıldı -<font color=red> Kriminal xəbərlər</b></font>
Oxunma sayı: 225

Mayın 22-si saat 15 radələrində Nərimanov küçəsində yaşayan Günel Cəfərova evdən çıxmış və geri qayıtmamışdır. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının səyi nəticəsində G.Cəfərova iyunun 28-də geri dönmüşdür.

İyunun 28-i saat 16 radələrində H.Əliyev prospektində Ucar rayon sakini Rauf Cəfərovun idarə etdiyi «Daewoo» markalı avtobus Bakı şəhər sakini Aydın Hüseynovun idarə etdiyi «VAZ-2107» markalı avtomobil toqquşmuşdur, nəticədə A.Hüseynov hadisə yerində ölmüşdür.

İyunun 3-də «Bakıelektrikşəbəkə»ASC-yə məxsus Şağan qəsəbəsi ərazisindən keçən 150 metr elektrik kabeli dirəkdən kəsilərək oğurlanmışdır. DİN BCAİ və Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakinləri Ramil Şirinov və İlfan Cabbarov iyunun 28-də yaxalanmışlar.

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 29,177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd) maddəsi ilə axtarışda olan Qeybulla Xəlilov iyunun 28-də tutulmuşdur.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177.1-ci (oğurluq) maddəsi ilə axtarışda olan Asif Əsgərov iyunun 28-də tutulmuşdur.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Azad Orucovun həyətindən aqrotexniki qulluq edilmiş və ümumi çəkisi 2 kiloqramdan artıq 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Mayın 28-nə keçən gecə Bakı şəhər sakini Vəfa İbrahimzadəyə məxsus Ə.Əlizadə küçəsində yerləşən gözəllik salonundan açar seçmə yolu ilə 2710 manat dəyərində ətriyyat və bjuteriya əşyaları oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emin Yusifov iyunun 28-də saxlanılmışdır.

Mayın 3-ü saat 12 radələrində R.Hacıyev küçəsində yaşayan Ağasəf Hacıyev evdən çıxmış və geri qayıtmamışdır. Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının səyi nəticəsində A.Hacıyev iyunun 28-də geri dönmüşdür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi