Günel futbolda qapıçı olurmuş

gunel-futbolda-qapici-olurmus
Oxunma sayı: 632

Hazırda bu gün, Azərbaycanda da qeyd olunur. Bəs görəsən, Azərbaycan şou-biznesinin tanınmış simalarının futbol oynamaqla araları necədir? Bu sualı Milli.Az xəbər portalının əməkdaşı Azərbaycanın populyar müğənnisi Günel Ələkbərovaya ünvanladı.

“Mən uşaqlıqdan futbol oynamağı çox sevmişəm. Hər zaman da məni qapıçı qoyurdular ki, top qapıdan keçməsin. Çünki çox kök idim. Hər dəfə də, əgər top qapıdan keçirdisə, cığallıq edirdim. Çünki uduzmağı heç xoşlamırdım.

Uşaq vaxtı çox hərəkətli idim, bir yerdə dura bilmirdim. Elə indi də, bu cürəm. Artıq çoxdandır ki, futbol oynamıram. Amma çox istərdim ki, bizim xanım müğənnilər bir araya gəlib futbol oynasınlar. Çox maraqlı olardı”, - Günel Ələkbərova dedi.