Güneydə insan haqlarına dair hesabat açıqlandı

guneyde-insan-haqlarina-dair-hesabat-aciqlandi
Oxunma sayı: 677

“Qafqazinfo”nun Günaz TV-nin internet saytna istinadən məlumaına görə, bu barədə insan haqları fəalları ancaq qeyd edə bildikləri faktları İrandakı Beynəlxalq İnsan Haqları Kampaniyasına bildiriblər. Hesabat ancaq 6 ayı əhatə edir. Məlumata görə, insan haqları pozuntuları faktları elan olunan faktlardan daha çoxdur.
Hesabatda represiyalara məruz qalan insanların adlarıda çəkilib. Qeyd olunub ki, son 6 ay müddətində mədəni, siyasi, insan haqları, ayrıca qadın haqları və ekoloji fəallarından 320 nəfərdən çoxu həbs olunub. Həbs edilənlərin çoxu Urmu Gölü etirazlarında tutulublar. Onlardan 326 nəfərinin kimliyi açıqlanıb.
Saxlanılan azərbaycanlıların bir çoxu bir neçə gün saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Barələrində məhkəmə qərarı çıxarılan 45 nəfərdən 16-na şallaq hökmü verilib. 16 nəfərin barəsində isə cərimə qərarı çıxarılıb. 3 nəfər barəsində şallaq və cərimə qərarı çıxarılıb və 20 zərbə şallaq vurulduqdan sonra azad ediliblər.
6 ay müddətində sözdə narkotika ittihamı ilə bağlı 10 nəfər edam edilib.
Öncədən həbsə məhkum edilmiş 7 nəfər isə zindanlara gətirilib və hazırda məhbus həyatı yaşayırlar.
4 nəfər azərbaycanlı tələbənin isə təhsilinin davamına qadağa qoyulub.
Tutulan azərbaycanlıların bir çoxuna həbs zamanı zor tətbiq olunub və saxlanıldıqları müddətdə işgəncə verilib. Həbs olunanların böyük əksəriyyəti təhqirlərə məruz qalıb və işgəncələr nəticəsində bəzilərinin səhhəti pozulub.